Əli Kərimli sağalmaz "xəstəliyə" tutulub: Danışdıqca batır

Əli Kərimli sağalmaz "xəstəliyə" tutulub: Danışdıqca batır

Bakı. Alpər Ziya – Trend:

Adi bir müxalifət partiyasının sədri olmasına rəğmən, özünü bütün müxalifət partiyalarının “lideri” kimi görən və təqdim edən Əli Kərimli bu dəfə cəbhəçi eks-prezident Əbülfəz Elçibəyin müdafiəsinə qalxıb. O Elçibəyin ki, vaxtilə özü ona xəyanət etmiş və onun ideyalarına naxələf çıxmışdı...

Onun bu günlərdə sosial şəbəkədə yayımladığı videoçıxışıdan da aydın olur ki, adam danışdıqca batır, özü-özünü ifşa edir, gülünc duruma salır. Gəlin, onun bu bataqlığa necə düşdüyünü izah etməzdən əvvəl Prezident İlham Əliyevin cəbhəçilərlə bağlı bu yaxınlarda səsləndirdiyi fikirlərə diqqət çəkək:

“Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur...”.

İndi isə gələk sağalmaz "yalan xəstəliyi"nə tutulan Əli Kərimlinin fərziyələrinə: iddia edir ki, iqtidarın bu çıxışlarına ictimai dəstək yoxdur. Maraqlıdır, AXCP sədri ictimai dəstək deyəndə nəyi nəzərdə tutur? Bəlkə, hər kəs əlinə bir bayraq alıb küçəyə çıxmalı, dövlət başçısının bu fikirlərini anşlaqla alqışlamalı idi? Əslində, dövlət başçısı bu kimi fikirləri hər zaman deyib və dediyinin də isbatını təqdim edib. Nəticə etibarı ilə bütün xalq onu yenidən Prezident seçməyibmi? Bu gün isə Prezident İlham Əliyev son 2 əsrdə heç bir sərkərdənin edə bilmədiyi, olduqca çətin olan bir döyüşdən müzəffər komandan kimi çıxdı. Və hazırda Azərbaycan xalqı yenə də Onu dövlətin və ordunun başında görməkdə qərarlıdır. Bundan böyük ictimai dəstəkmi var?!

Keçək digər məsələyə: Kərimli cəbhəçiləri, Əbülfəz Elçibəy ideyalarını müdafiə edərkən deyib ki, yüzlərlə cəbhəçi Şuşanın müdafiəsində şəhid olub. Söhbət 1992-ci ilin mayından – Şuşanın işğal tarixindən gedir ha. Bəs, Kərimli, cəbhəçilər belə mərd və qorxmazdılarsa, onların vətən anlayışı ideologiyası mükəmməldirsə, Şuşa niyə işğal edildi? Yaxşı, bunu qoyaq kənara, bəs, Şuşa işğaldan azad olunanda, Azərbaycan böyük Zəfər tarixini yazanda harada idiniz? Niyə videoçıxışlar edib Azərbaycanın bu uğuruna sevinmədiniz, Azərbaycan Ordusunun, Ali Baş Komandanın gücünü öymədiniz? Əksinə, mahiyyətinə varmadan sülhməramlılarla bağlı əsassız şayiələrin ucundan tutub Azərbaycanın uğurlarına, ərazi bütövlüyünün bərpasına kölgə salmağa çalışdınız...

Hə, bir də deyirsiniz ki, “o zaman hakimiyyətə gələn Heydər Əliyev cəbhəçilərin silahını əlindən aldı, ona görə də rayonlarımız işğal olundu...”.

Absurd və gülüncdür, deyilmi? Əvvəla, Şuşa məhz cəbhəçilərin hakimiyyəti dövründə işğal edilib. Və bundan sonrakı işğalların da açarı məhz Şuşa olub. Və bir də sizlərin yarıtmaz əməlləriniz, siyasətiniz, hakimiyyət uğrunda didişmələriniz... Məhz, ulu öndər Heydər Əliyev sizin bu bacarıqsızlığınıza son qoydu. Ozamankı məhdud imkanlarla atəşkəsə nail oldu və daha çox ərazilərin işğal edilməsinin qarşısını aldı. Bunlar hamısı yaxın tarixdir və Azərbaycan xalqının gözü qarşısında olub. Odur ki, Əli Kərimli, bir daha ulu öndərin adını ağzınıza alanda bir neçə dəfə düşünün!

Nəhayət, gələk əsas mətləbə; Bu gün Əbülfəz Elçibəy ideologiyasından dəm vuran Əli Kərimli, AXC hakimiyyətinə xəyanət edən, ona qarşı çıxan elə özün olmadınmı? Əbülfəz Elçibəy ölüm yatağında canı ilə əlləşdiyi vaxtlarda onu ağır ifadələrdən ibarət silsilə məqalələr yazdıraraq təhqir etdirən sən deyildinmi? Elçibəy sağlığında ən ağır təhqirləri sən və qaragüruh dəstəndən almayıbmı? Sənin rəhbərlik etdiyin "yurd"çular Elçibəyin kabinetini ələ keçirmək istəməyibmi? 2000-ci ildə Ə.Elçibəy o vaxtkı 1-ci müavini olan səni və dəstəsini AXCP-dən qovmaq qərarı verməyibmi? Bu gün AXCP çətiri altında Elçibəy ideyalarını ayaqlar altına atmırsanmı? Məhz bu xəyanətkar mövqeyinə görə səndən imtina edən və zamanla partiyandan uzaqlaşan AXCP funksionerləri azdırmı? Bəlkə bir-bir adlarını da çəkək?

Odur ki, sən xəyanətin özüsən, Əli Kərimli! Çalış vətəni, milləti sev, hakimiyyət isə elə bir ömür sevdan olaraq qalacaq. Çünki müdrik Azərbaycan xalqı öz yolunu çoxdan müəyyən edib.

"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Loading Bars
Xəbər lenti
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
Bütün xəbərlər