...

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq - Türkiyəli səfir (VİDEO)

Siyasət Materials 6 Fevral 2021 13:01 (UTC +04:00)
İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq - Türkiyəli səfir (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq.

Trend-in məlumatına görə, bunu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə gördükləri mənzərə ibrət götürülməli vəziyyətdir:

"Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz dağıntıların, mədəniyyət abidələrinin dağıdılmasının, hətta məzarların qarət olunmasının şahidi olduq. Qəbirlərin açılıb, sümüklərin ətrafa dağıdıldığını görürük. Bütün bunlar insanlıqdan kənardır və vəhşilikdir. Bunların hesabı mütləq sorulmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti