...

Türkiyə və Azərbaycan müdafiə nazirləri “Qış təlimi-2021”-in komanda məntəqəsi ilə tanış olublar (FOTO)

Siyasət Materials 11 Fevral 2021 16:28 (UTC +04:00)
Türkiyə və Azərbaycan müdafiə nazirləri “Qış təlimi-2021”-in komanda məntəqəsi ilə tanış olublar (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend

Qarsda keçirilən “Qış təlimi-2021” birgə təlimi çərçivəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov komanda məntəqəsində olub və təlimin gedişi barədə məlumat alıblar.

Trend-in məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında bildirilib.

Bundan başqa, nazirlər səhra çörəkbişirmə sexində olub. H.Akar azərbaycanlı həmkarına orada bişən çörəyi təqdim edib.

Daha sonra nazirlər təlimdə iştirak edən hərbçilərin andını dinləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti