...

Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert

Siyasət Materials 5 Mart 2021 13:47 (UTC +04:00)
Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert

Bakı. Samir Əli - Trend:

“İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəsi ilə bağlı təşkilata üzv olan dövlət başçıları tərəfindən səslənən fikirlər qürurvericidir”.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, toplantıda irəli sürülən hər bir fikir, səslənən hər bir bəyanat onu sübut edir ki, Azərbaycan dövləti və xalqı sarsılmaz iradəsi və əzmi ilə işğalçılar üzərində əldə etdiyi zəfərinə görə həm də göstərilən dost, qardaş dəstəyindən də bəhrələnib: “Müharibə gedərkən, bizlər bir daha şahidi olduq ki, kimlər bizə dostdur, qardaşlıq münasibəti bəsləyir, kimlər isə əks-mövqedə dayanır. Məhz bu baxımdan, Zirvə toplantısında edilən çıxışlar vaxtı Prezident İlham Əliyevin qalib sərkərdə, xalqının müzəffər lideri olaraq qiymətləndirilməsi faktı da bu reallığı nümayiş etdirməkdədir. Baxın, dost və qardaş Pakistanın baş nazri cənab İmran Xanın qələbə münasibəti ilə dövlət başçımız İlham Əliyev cənablarını, xalqımızı təbrik etməsi, həmçinin çətin zamanlarda Zirvə toplantısının təşkilində göstərilən birgə səylərin uğur qazanması barədə irəli sürdüyü fikirləri, yaxud, Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qələbəmizin bir dastan yazdığını vurğulaması, Şanlı Zəfər kimi qiymətləndirməsi, eləcə də Əfqanıstanın Prezidenti cənab Məhəmməd Əşrəf Qaninin qələbəmizi tarixi naliliyyət kimi dəyərləndirərək ölə başçımıza xitabən “Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi” kəlamını önə sürməsi kimi verilən yüksək dəyərlər isbat edir ki, artıq Azərbaycan qarşıda daha böyük qələbələrə, uğurlara və nailiyyətlərə imza atmaq əzmindədir – özünə dost bildiyi, qardaş saydığı, qarşılıqlı etimad olaraq qiymətləndirdiyi ölkələrlə çiyin-çiyinə”.

“Deyərdim ki, İƏT-in Zirvə toplantısı həm də dünyaya nümayiş etdirilən bir çağırış oldu”, qeyd edən siyasi ekspert bildirib ki, bu çağırışlar regionda sülhün, inkişaf və tərəqqinin, quruculuğun sistemli qaydada davam etdirilməsi olaraq da dəyərləndirilə bilinər və o cümlədən, işğaldan azad edilmiş ərazilərimizin bölgəmizə yeni nəfəs gətirəcəyini də bu mənada vurğulamaq olar: “Ümumiyyətlə, bu gün mövcud olan İlham Əliyev faktoru artıq yalnız İslam dünyası üçün deyil, həm də bütün dünyaya göstərilən yüksək nümunədir, qalibiyyət etalonudur. Bu baxımdan, Ona verilən yüksək qiymət, dövlət başçısı və Müzəffər Sərkərdə kimi verilən ali dəyərlər də qeyd edilən fikirləri tamamlayır. Artıq belə danılmaz gerçəklik də mövcuddur ki, İlham Əliyev faktoru qlobal və bəşəri problemlərin həlli üçün, regionda və dünyada sülhün, sabitliyin bərqərar olması üçün çalışan ən öndəgedən liderlər sırasındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti