...

YAP Gənclər Birliyinin strukturu dəyişdirilir

Siyasət Materials 11 Mart 2021 11:58 (UTC +04:00)
YAP Gənclər Birliyinin strukturu dəyişdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin strukturu dəyişdirilir.

Trend-in məlumatına görə, bu barədə qərar YAP-ın VII növbədənkənar qurultayında verilib. Qurultay zamanı partiyada edilən yeniliklər gənclər birliyini də əhatə edib.

Partiyadan bildirilib ki, Gənclər Birliyinin strukturu, fəaliyyət forması ilə bağlı müzakirələr aparılır. Müzakirələrdən sonra Gənclər Birliyinin hansı formada fəaliyyət göstərəcəyi məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti