...

Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 25 May 2021 23:11 (UTC +04:00)
Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktumdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm".

***

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və inkişaf arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti