Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Niyə bizə COVID-19-a qarşı "xalq vaksini" lazımdır?" mövzusunda vebinar keçirib.
Trend-in məlumatına görə, tədbirin moderatoru Mərkəzin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayil Serageldin olub.
Əsas məruzəçi qismində Bosniya və Herseqovinanın sabiq prezidenti Şefik Caferoviç çıxış edib.
Vebinarda, həmçinin Mavrikinin sabiq prezidenti Əminə Qurib-Fakim, BMT Baş Assamleyasının sabiq prezidenti, Ekvadorun keçmiş xarici işlər naziri mariya Fernanda Espinosa, UNAIDS-in xoşməramlı səfiri Ceyms Çau, Moldovanın sabiq baş naziri Kirill Qaburiç, Monteneqronun sabiq baş naziri İqor Lukşiç, Qırğızıstanın keçmiş baş naziri Coomart Otorbayev, Rumıniyanın sabiq baş naziri, parlemntin keçmiş spikeri Petre Roman, "Societer"in həmtəsisçisi və tərəfdaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəsi Natali de Qoll, Liviyanın Aİ-dəki keçmiş səfiri Fəridə Allaqi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov iştirak edib.
(Tərcümə: Orxan Nəbiyev)