...

Perunun yeni prezidenti Pedro Kastilyo seçilib

Siyasət Materials 20 İyul 2021 07:08
Perunun yeni prezidenti Pedro Kastilyo seçilib

Trend-i buradan izləyin

Bakı. Trend:

"Azad Peru" partiyasını təmsil edən Pedro Kastilyo Perunun yeni prezidenti olacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Perunun Milli Seçki Kollegiyası elan edib.

Prezidentlik müddəti bitən Fransisko Saqasti özünün "Twitter" səhifəsində P.Kastilyonu təbrik edib: "Milli Seçki Kollegiyasının seçki nəticələrini elan etməsi ilə əlaqədar olaraq Pedro Kastilyonun yeni seçilən prezident elan edilməsini alqışlayıram".

Perunun yeni prezidenti vəzifəsinin icrasına iyulun 28-dı başlayacaq.

Qeyd edək ki, Peruda prezident seçkiləri iyunun 6-sı keçirilib. Səslərin 100 faizinin hesablanmasından sonra P.Kastilyonun 50,12 faiz, onun rəqibi Keyko Fuximorinin isə 49,87 faiz səs topladığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti