...

Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 22 İyul 2021 13:49 (UTC +04:00)
Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanındakı əbədi məşəl abidəsi önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də ərazilərimizin düşməndən azad edilməsi uğrunda hər zaman qəhrəmanlıqla döyüşüb, Vətən naminə canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan daşkəsənli gənclərdən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti