...

İran beynəlxalq ictimaiyyəti Əfqanıstan böhranının həlli ilə bağlı dəqiq mövqe tutmağa çağırıb

Siyasət Materials 9 Avqust 2021 00:12 (UTC +04:00)
İran beynəlxalq ictimaiyyəti Əfqanıstan böhranının həlli ilə bağlı dəqiq mövqe tutmağa çağırıb

Bakı. Trend:

Beynəlxalq ictimaiyyət Əfqanıstanda böhranın siyasi həllinin dəstəklənməsi, bu ölkədəki zorakılığın və onun nəticələrinin pislənməsi üzrə konkret mövqe sərgiləməlidir.

Trend-in məlumatına görə, bunu Tehranda BMT-nin baş katibinin xüsusi elçisi Jan Arno ilə görüşü zaman İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

C.Zərif Əfqanıstanda vəziyyətin getdikcə daha pisləşməsini qeyd edib. O xarici ölkələrin səhv siyasətini Əfqanıstanda mövcud vəziyyətin səbəbinin vacib hissəsi adlandırıb.

İranlı nazir ölkəsinin Əfqanıstanda sülh prosesində irəliləyiş üçün tərəflər arasında danışıqlara kömək etməyə hazır olduğunu açıqlayaraq, Əfqanıstan probleminin həllinin yalnız danışıqlar yolu ilə əldə edilə biləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti