...

Qani artıq Əfqanıstanda siyasi fiqur deyil - ABŞ Dövlət Departamenti

Siyasət Materials 19 Avqust 2021 02:13 (UTC +04:00)
Qani artıq Əfqanıstanda siyasi fiqur deyil - ABŞ Dövlət Departamenti

Bakı. Trend:

Əfqanıstanın ölkəni tərk edən prezidenti Əşrəf Qani artıq ölkəsində siyasi fiqur deyil.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Dövlət Departamentində keçirdiyi brifinqdə bildirib.

"BƏƏ hökuməti tərəfindən bu səhər Qaniqarşılandığını elan edildiyini gördük <...>. O, artıq Əfqanıstanda bir fiqur deyil", - Şerman deyib.

Daha əvvəl BƏƏ Xarici İşlər Nazirliyi Əşrəf Qani və ailəsinin bu ölkədə olduğunu təsdiqləyib. Əşrəf Qani bu gün sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib ki, yaxın zamanda Əfqanıstana qayıdacaq.

Xatırladaq ki, avqustun 15-də “Taliban” silahlıları Kabilə daxil olduqdan sonra Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə paytaxtı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti