...

BMT-nin baş katibi Qvineya prezidentinin dərhal sərbəst buraxılmasını tələb edib

Siyasət Materials 5 Sentyabr 2021 21:23 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Qvineyada hakimiyyətin ələ keçirilməsini pisləyib və bu ölkənin prezidenti Alfa Kondenin dərhal sərbəst buraxılmasını tələb edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibinin "Twitter"də yerləşdirilən bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Qvineyadakı vəziyyəti yaxından izləyirəm. Silah gücü ilə hakimiyyətin ələ keçirilməsini şiddətlə qınayıram və prezident Alfa Kondenin dərhal sərbəst buraxılmasını tələb edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti