...

Türk Şurası və türk dünyası 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanın yanında olub - Bağdad Amreyev

Siyasət Materials 27 Sentyabr 2021 08:15 (UTC +04:00)
Türk Şurası və türk dünyası 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanın yanında olub - Bağdad Amreyev

Bakı. Trend:

27 Sentyabr Türk Şurasının təsisçi üzvümüz Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsində qəhrəmancasına döyüşən və ölkənin ərazi bütövlüyü üçün həyatını fəda edib şəhid olmuş övladlarını dərin hörmət və minnətlə andığı gündür.

Bunu Trend-ə açıqlamasında Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərb təxribatlarına qarşılıq olaraq Azərbaycan 2020-ci il sentyabrın 27-də BMT nizamnaməsinə uyğun olaraq görə özünümüdafiə hüququndan istifadə etməklə əks-hücum əməliyyatına başladı:

"44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın qəhrəman övladlarınn canları bahasına apardıqları mübarizə nəticəsində ərazi bütövlüyü bərpa olundu və tarixi ədalət öz yerini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən yazılan tarix Azərbaycanın inkişafı və rifahı üçün əsas, regionda sülh və etibarın təmin olunmasında vacib amildir. Türk Şurası və türk dünyası hər zaman Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam olaraq geri çəkilməsini tələb edib, dinc əhaliyə qarşı hücumları şiddətlə qınayıb və 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanın yanında olub".

B.Amreyev xatırladıb ki, 2021-ci martın 31-də keçirilmiş Türküstan zirvə görüşündə Türk Şurası ölkələrinin dövlət başçıları münaqişələrin zərər vurduğu bölgələrin təkmilləşdirilməsi, rekonstruksiyası və inteqrasiyası üzrə səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik içində olduqlarını və Ermənistala Azərbaycan arasındakı münasibətlərin, bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasımda normallaşdırılmasına dəstəklərini ifadə ediblər:

"Cənubi Qafqazda uzun zamandır gözlənilən sülh, etibar və sabitliyin hakim olacağına ümid edərək bütün dünyada olduğu kimi Cənubi Qafqazın da dinc və sabit inkişafı üçün əlimizdən gələni etməli olduğumuzu düşünürük. Bu vacib gündə Türk Şurası olaraq bütün türk xalqları ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü üçün həyatlarını qurban etmiş şəhidlərini dərin hörmət və rəhmətlə yad edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti