...

Ermənistan tərəfindən əməli addımlar müşahidə etmirik - Nazir

Siyasət Materials 18 Oktyabr 2021 12:46 (UTC +04:00)
Ermənistan tərəfindən əməli addımlar müşahidə etmirik - Nazir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatda olan vacib məsələlərdən biri də ölkələr arasında kommunikasiyaların açılmasıdır. Azərbaycan bu məsələdə çox konstruktiv mövqe sərgiləyir. Ermənistan tərəfindən isə bu istiqamətdə əməli addımları müşahidə etmirik.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov xarici işlər naziri Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırkı dövrə qədər aparılan danışıqların konkret nəticə verməməsi təəssüf doğurur: “Hesab edirik ki, bölgədə normallaşmaya töhfə verəcək bir prosesin ləngiməsi düzgün yanaşma deyil. Biz burada daha konkret addımların atılmasını və nəticələrin əldə olunmasını gözləyirik. Son zamanlar Ermənistan siyasi rəhbərliyi tərəfindən bu istiqamətdə bəzi pozitiv mesajlar verilməsinə baxmayaraq, hələ ki, biz əməli addımları müşahidə edə bilmirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti