Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda Zəfər Günü ilə bağlı Amnistiya elan ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi növbəti plenar iclasda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin növbəti iclası noyabrın 5-də keçiriləcək.