...

Spiker deputatın təklifinə sərt reaksiya verdi

Siyasət Materials 17 Noyabr 2021 17:10 (UTC +04:00)
Spiker deputatın təklifinə sərt reaksiya verdi

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin bu gün Milli Məclisin iclasında səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Trend-in məlumatına görə, T.Kərimli deyib ki, Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsinə köməklik edilsin. “Milli Məclisin rəhbərliyini deyil, işçilərini nəzərdə tuturam. Milli Məclis işçiləri xarici qonaqların qarşısına çıxır. Maliyyə Nazirliyi və hökumətdən xahiş edirəm, Milli Məclisin bu məsələlərinə diqqət yetirsinlər. Bizim rəhbərliyimiz həyalıdır, sizdən tələb etmir deyə, buna diqqət ayrılmamalıdırmı?” - deyə, T.Kərimli bildirib.

Milli Məclisin sədri Sahbə Qafarova isə T.Kərimlinin təklifinə sərt reaksiya verərək qeyd edib ki, hazırda, azad edilmiş ərazilərdə bərpa işləri aparıldığı bir zamanda Milli Məclis üçün yaşayış binasının tikilməsinin vaxtı deyil. "Bununla bağlı rəhbərliyin heç bir narahatlığı yoxdur. Zəfər ilinin büdcəsi haqqında danışırıq. Hər şey zamanında olacaq. İndi qarşıda duran əsas vəzifə azad edilmiş əraziləri bərpa etmək və məcburi köçkünləri öz doğma torpaqlarına qaytarmaqdır” - deyə, S.Qafarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti