...

Paşinyan Rusiyanın delimitasiya ilə bağlı təklifini qəbuledilən adlandırıb

Siyasət Materials 18 Noyabr 2021 12:05 (UTC +04:00)
Paşinyan Rusiyanın delimitasiya ilə bağlı təklifini qəbuledilən adlandırıb

Bakı. Trend:

Rusiya Müdafiə Nazirliyinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının hazırlıq mərhələsinin başlanması üzrə təklifləri qəbulediləndir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Rusiya may ayından başlayaraq sərhədin demarkasiyası və delimitasiyası üzrə üç təklif irəli sürüb. Hər üç təklif bizim üçün qəbulediləndir. Dünən Rusiya Müdafiə Nazirliyi delimitasiya və demarkasiyanın hazırlıq mərhələsi üzrə təkliflər irəli sürüb. Qeyd etmək istəyirəm ki, bütün təkliflər bizim üçün qəbulediləndir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti