...

Ankara Bakıya Türkiyənin milli döyüş təyyarəsinin istehsalında ortaqlıq təklif edir - İsmayıl Dəmir

Siyasət Materials 18 Dekabr 2021 05:36 (UTC +04:00)
Ankara Bakıya Türkiyənin milli döyüş təyyarəsinin istehsalında ortaqlıq təklif edir - İsmayıl Dəmir

Bakı. Trend:

Milli döyüş təyyarəsinin istehsalında ortaqlıq üçün danışıqlar aparırıq. Bu məsələdə ortaqlıq üçün qapımız açıqdır. Özəlliklə Azərbaycan, Pakistan kimi ölkələrlə bu məsələ ilə bağlı danışırıq və güclərimizi birləşdirməyi təklif edirik.

Trend-in məlumatına görə, bunu CNN Türk telekanalına müsahibəsində Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir deyib.

"Bu məsələdə müəyyən addımlar atırıq, atacağıq, çünki bu miqyasda layihənin həyata keçirilməsi üçün bir ölkənin mənbələri yetməyə bilər. Təbii ki, hər ölkənin özünəməxsus bacarıq və qabiliyyətləri var. Bu qabiliyyətlərin birləşdirilməsi çox önəmlidir. Bununla bağlı müsbət siqnallar almışıq, ortaqlığa tamamən açıq olduğumuzu söylədik, müsbət cavablar aldığımız ölkələrlə bu yöndə addımları daha da inkişaf etdirməyə davam edəcəyik və davam etdirməli olduğumuzu düşünürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti