Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri, cənab Prezident,
Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.
Bu il həm Sizin üçün, həm də bütövlükdə Azərbaycan üçün əlamətdar bir il oldu. Ölkəniz işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin yenidən öz normal həyatlarına qayıtmaları, iqtisadi fəaliyyətlərini bərpa etmələri üçün şəhərlərin, yaşayış məntəqələrinin, oradakı tarixi abidələrin bərpası və yenidən qurulması kimi çətin, lakin fərəhləndirici fəaliyyətə başladı. Artıq Şuşaya həyat qayıdır. Sizinlə birgə həmin ərazilərdə gəzərkən qazandığınız tarixi nailiyyətlərə, həyata keçirilən yenidənqurma işlərinə şahidlik etmək, eləcə də regionun gözəl təbiəti ilə tanış olmaq imkanı əldə etdik.
Pandemiya səbəbindən hələ də davam edən çətinliklərə baxmayaraq, bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ailəsi üzvlərinin iştirakı ilə Qlobal Bakı Forumunun müvəffəqiyyətlə keçirilməsi bizi çox sevindirdi. Ümid edirik ki, gələn il keçiriləcək forum bundan da uğurlu olacaq. Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz yüksək inam və etimada, həmçinin davamlı böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Zati-aliləri Sizi doğum gününüz və Yeni il münasibətilə bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik diləyirik.
Dərin hörmətlə,
Vayra Vike-Freyberqa
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
İsmail Serageldin
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
İv Leterme
2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Eka Tkelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
Viktor Yuşenko
2005-2010-cu illərdə Ukraynanın Prezidenti
Katerina Yuşenko
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı
Filip Vuyanoviç
2003-2018-ci illərdə Monteneqronun Prezidenti
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Rövşən Muradov
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi"