...

Ərdoğan Putin və Zelenski ilə görüşü barədə danışıb

Siyasət Materials 4 Fevral 2022 14:40 (UTC +04:00)
Ərdoğan Putin və Zelenski ilə görüşü barədə danışıb

Bakı. Orxan Nəbiyev - Trend:

Biz Vladimir Putin və Volodimir Zelenski ilə yüksək səviyyədə görüş keçirmək niyyətindəyik.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Ukrayna prezidenti ilə görüşümüzdən sonra bu məsələdə alınan nəticənin regionda yeni imkanlar açacağına inanıram. Zelenski ilə görüşdən sonra məndə bununla bağlı ümid yaranıb. Rusiya prezidenti Vladimir Putinlə görüşə də çox böyük önəm verirəm. Putinin Çin səfərinin başa çatmasından sonra Türkiyəyə səfəri ilə bağlı müsbət yöndə məlumatlar var. İndi biz dəqiq tarixi müəyyənləşdirəcəyik", - deyə Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti