...

İranın nüvə proqramı ilə bağlı Vyanada danışıqları yekun mərhələdədir - ABŞ Dövlət Departamenti

Siyasət Materials 17 Fevral 2022 03:17 (UTC +04:00)
İranın nüvə proqramı ilə bağlı Vyanada danışıqları yekun mərhələdədir - ABŞ Dövlət Departamenti

Bakı. Trend:

ABŞ hakimiyyəti hesab edir ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası ilə bağlı Vyanada aparılan məsləhətləşmələr son mərhələdədir.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays çərşənbə günü brifinqdə bildirib.

Onun sözlərinə görə, maraqlı tərəflərin iştirakı ilə mürəkkəb danışıqlar hazırda ən son mərhələdədir.

"Bu, Plan çərçivəsində qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə qayıdışın mümkün olub-olmadığını müəyyən edəcəyimiz həlledici dövrdür", - N. Prays vurğulayıb.

ABŞ Dövlət katibi ilə İran xarici işlər naziri arasında Münhendə görüşün gözlənilmədiyini bildirən Prays əlavə edib ki, onun ölkəsi və İran arasında birbaşa danışıqlar ABŞ-ın maraqlarına uyğun olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti