...

Prezident Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib - Fəxrəddin Altun

Siyasət Materials 27 Fevral 2022 14:32 (UTC +04:00)
Prezident Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib - Fəxrəddin Altun

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz "Twitter" hesabında yazıb.

"Biz regionumuzda daha bir müharibənin şahidiyik. Prezident Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib, çünki bizim hər iki ölkə ilə güclü əlaqələrimiz var. O, həmçinin müttəfiqləri vahid mövqe nümayiş etdirməyə çağırıb", - Fəxrəddin Altun bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti