Bakı. Trend:
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanla bir sıra birgə layihə hazırlayır.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Giorgiyev Azərbaycan Dövlət Miqrasiya Xidmətinin beynəlxalq tərəfdaşlarla miqrasiyanın inklüziv, öncül və təkmil idarəetməsi üçün əməkdaşlığının 15 illiyinə həsr olunmuş tədbir zamanı deyib.
"Biz Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Miqrasiya Xidməti ilə əməkdaşlıq hər il daha da möhkəmlənir", - deyə o bildirib.
O, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin 2022-ci ilin mayında Nyu-Yorkda keçiriləcək Miqrasiya forumunda uğurlu iştirakını arzulayıb.