...

Ukrayna və Rusiya liderlərinin görüşünə ehtiyac yaranıb - Araxamiya

Siyasət Materials 31 Mart 2022 07:10 (UTC +04:00)

Bakı. Trend:

Fikrimcə, Ukrayna və Rusiya liderlərinin görüşünə ehtiyac yaranıb.

Trend "Ukrinform"a istinadla xəbər verir ki, bunu Ukrayna-Rusiya danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında onlayn rejimdə danışıqlar aprelin 1-də davam etdiriləcək.

"Biz Türkiyədəki danışıqlarda da bildirdik ki, indi iki dövlət liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti cavab verdi ki, əvvəlcə daha razılaşdırılmış müqavilə layihəsi lazımdır.

Tərəflər arasında ən yüksək səviyyədə görüşün keçirilməsi üçün danışıqlar prosesinin iştirakçıları əllərindən gələni edəcəklər.

Həftə ərzində biz danışıqlar prosesinin iştirakçılarından asılı olan amilləri işləyəcəyik. Ümid edək ki, ölkələrin prezidentləri görüşləri davam etdirəcəklər", - D.Araxamiya qeyd edib.

O əlavə edib ki, Ukrayna tərəfi bu görüşün Rusiya və Belarus ərazisində baş tutmamasını israr edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti