...

ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürür - Pentaqon rəhbəri

Siyasət Materials 8 Aprel 2022 02:26 (UTC +04:00)
ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürür - Pentaqon rəhbəri

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Loyd Ostin təsdiqləyib ki, Birləşmiş Ştatlar Ukraynaya, xüsusən də ölkənin şərqində döyüş əməliyyatları üçün kəşfiyyat məlumatları ötürür.

Trend "CNN" kanalına istinadən xəbər verir ki, nazir bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı deyib.

"Bəli, biz onlara (Ukrayna tərəfinə - red.) bu cüm əməliyyatları aparmaq üçün kəşfiyyat məlumatları ötürürük", - o qeyd edib.

L.Ostin vurğulayıb ki, söhbət, xüsusilə, Ukraynanın şərqindəki əməliyyatlardan gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti