Bakı. Trend:
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının bu gün keçirilən iclasında müzakirə edilib.
Belə ki, komitədə Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Müzakirələrdən sonra komitə məsələni Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.