...

Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan tarixində özünəməxsus bir yer tutacaq - RƏY

Siyasət Materials 19 Aprel 2022 21:02 (UTC +04:00)
Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan tarixində özünəməxsus bir yer tutacaq - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tam əminliklə deyə bilərəm ki, bu gün müstəqil, güclü və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın hər bir sahədə uğurla yürütdüyü siyasəti kimi, diaspor siyasəti və onun tətbiqi fəaliyyətindəki son illərdə gördüyümüz inkişafı özünün tam yeni mərhələsinə qədəm qoyur. Yeni mərhələ yeni məsuliyyət və o məsuliyyətin doğru daşınması nəticəsində yeni böyük uğurlar imkanı deməkdir.

Bunu Trend-ə Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri Nuran Abdullayev deyib.

O bildirib ki, hər bir böyük uğurun əsasını doğru qoyulmuş təməl və düzgün qurulmuş strategiya təşkil edir ki, bunlar da Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən edilmişdir.

“Belə ki, ümummilli lider Heydər Əliyevin diaspor siyasətinin əsasının qurulmasında və eləcə də dünya azərbaycanlılarının təşkilatlanmasında nümunəvi misilsiz rolu olmuşdur. Bundan başqa, ulu öndərin hər dəfə xarici səfərlərdə diaspor nümayəndələrinə xüsusi zaman ayırması, onları dinləməsi, gələcək planlara dair özünəməxsus şəkildə onlara yol göstərməsi və zamanı gəldikdə ehtiyac olunan diaspor nümayəndəsini ölkəyə dəvət etməsi bir daha onu göstərir ki, ümummilli lider Heydər Əliyev üçün Azərbaycan diasporunun həmişə xüsusi yeri olub və dövlət quruculuğunda ona həmişə önəm verib.

Əsası əyilməz sütunlarla qurulan diaspor siyasətimiz möhtərəm cənab Prezident İlham Əliyevin bu sahədəki zaman-zaman atdığı strateji addımlarla və verdiyi xüsusi tapşırıqlarla daha da ucaldı və özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi, 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib-hazırlanması və icrası, eləcə də diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi yeni inkişaf mərhələsinə keçiddə misilsiz rol oynadı”, - deyə o bildirib.

N.Abdullayev vurğulayıb ki, bu gün xaricdə yaşayan soydaşlarımızın və eləcə də onların rəhbərlik etdiyi təşkilatların fəaliyyətinin koordinasiyasını uğurlu təşkil etmək, milli həmrəylik və birlik ideyasının reallaşdırılmasını təmin etmək məqsədilə son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) diaspor siyasətinin uğurlu icrasının bariz nümunəsidir.

“Son illərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşağın ana dilində təhsil alması Azərbaycan dövlətinin azərbaycanlılara verdiyi yüksək dəyərin bir nümunəsi kimi qəbul edilməlidir ki, bu cür yanaşma heç də bütün dövlətlər tərəfindən öz vətəndaşlarına təşkil edilmir, yaxud edilə bilmir.

Ümumilikdə, ölkə rəhbərliyi tərəfindən bu cür xüsusi yanaşmalar bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan diasporunun qarşısına daha da böyük uğurlara aparacaq fərqli və böyük məsuliyyətlər qoyur. Əminliklə deyə bilərəm ki, fərqli ölkələrdəki diaspor nümayəndələri və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə son illərdə olan yüksək səviyyəli koordinasiyalı işin təşkili bu böyük uğurlara gedən yolu bizlərə daha da yaxın edəcəkdir”, - deyə o bildirib.

N.Abdullayev əlavə edib ki, Azərbaycanın tarixində Dünya Azərbaycanlılarının V Qurultayı özünəməxsus bir yer tutacaqdır.

“Bu qurultayın həm mənəvi, həm də tarixi bir dəyəri var. Bu dəyərləri bir-birilə birləşdirən isə bizim Vətən Müharibəmizdəki misilsiz zəfərimizdir. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının V Qurultayı deyəndə gözümün önünə Vətən Müharibəmizin şərəfli fraqmentləri gəlir: Murovun geri alınması, Suqovuşanın azad edilməsi, Cəbrayıl, Zəngilan və digər torpaqlarımız, ən sonda da Şuşamız! Eyni zamanda, gözümün önündə o günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə güvənib özünü Vətən uğrunda fəda edən qəhrəman Vətən övladları canlanır. O övladlar ki, onlara biz bir Vətən borclandıq.

Bütün bu şanlı tarixi fraqmentləri, dədə-baba torpaqlarımızı, eləcə də bu misilsiz qələbə nəticəsində bir daha özümüzə qaytardığımız milli kimliyimizi düşünəndə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilən güclü bir siyasətin olduğunun bir daha şahidi oluram. O güclü siyasəti yürüdən dövlət başçısı ki, hər dəfə Cıdır düzündən olan çıxışlarında dünya azərbaycanlılarına müqəddəs torpaqların istiliyini ötürürdü. İndi Dünya Azərbaycanlılarının V Qurultayında bizlər də - milli kimlik qazanmış dünya azərbaycanlıları o istiliyi ən yaxın məsafədən hiss edəcəyik, həm də tarixi Şuşada - hər bir azərbaycanlı üçün müqəddəs olan Ana Vətənin ata vəsiyyətinin icrası ilə bütövləşdiyi tarixi bir məkanda!”, - deyə N.Abdullayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti