...

Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir - Umayra Tağıyeva (VİDEO)

Siyasət Materials 19 Aprel 2022 15:11 (UTC +04:00)
Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən  çirkləndirilməsinə kəskin reaksiya verməlidir - Umayra Tağıyeva (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, nazirlik bununla bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara məlumatlar verir, çirklənmə səviyyəsini açıqlayır.

"Ermənilər mütəmadi olaraq Oxçuçayı ağır metallarla çirkləndirir. Çayda ən çox çirklənmə halları yanvar-mart və iyun-avqust ayları, əsasən, azsululuq dövlərdə müəyyən edilib.

Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Orta illik nəticələrə əsasən, Yuxarı axında (Bürünlü kəndi) ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub.

Yuxarı axında müxtəlif dərinliklərdən (səth 10 sm, 20 sm) götürülmüş dib çöküntüləri nümunələrində metalların qatılığının orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib.

Qeyd etmək lazımdır ki, çayın çirklənməsinə səbəb Ermənistan respublikası ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis-molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır.

Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur," - xidmət rəisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti