Bakı. Trend:
ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya tərəfinə Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyiblər.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik", - deyə M.Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton və Paris "ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini" faktiki olaraq iflic ediblər.