...

Şuşa şəhəri qorumalı olduğumuz mədəni irsimizdir - Qırğızıstanda Azərbaycan diasporunun nümayəndəsi

Siyasət Materials 22 Aprel 2022 20:12 (UTC +04:00)
Şuşa şəhəri qorumalı olduğumuz mədəni irsimizdir - Qırğızıstanda Azərbaycan diasporunun nümayəndəsi
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa şəhəri bizim qorumalı olduğumuz mədəni irsimizdir.

Bunu Trend-ə Qırğızıstanda Azərbaycan diasporunun nümayəndəsi, Qırğızıstan Gimnastika Federasiyasının prezidenti Əsəd Əsədov Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.

"Şuşa gözəl şəhərdir, bizə əcdadlarımızdan qalan Azərbaycanın incisidir. Biz bu irsi qorumaq üçün hər şeyi edəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, Şuşada müxtəlif mədəni, idman yarışları keçirmək lazımdır.

Ə.Əsədov əlavə edib ki, Azərbaycan hər zaman Qırğızıstan Gimnastika Federasiyasını hər baxımdan dəstəkləyir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti