...

Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi dünya azərbaycanlıları üçün qürur mənbəyidir - Əməkdar elm xadimi

Siyasət Materials 22 Aprel 2022 21:00 (UTC +04:00)
Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi dünya azərbaycanlıları üçün qürur mənbəyidir - Əməkdar elm xadimi
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Şuşa. Trend:

Əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

Bunu Trend-ə Azərbaycan diasporunun nümayəndəsi, əməkdar elm xadimi Əmirullah Məmmədov Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.

"Bu qələbə dünya azərbaycanlıları üçün böyük bayramdır", - deyə o bildirib.

Ə.Məmmədov qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizdən çoxu işğal altında idi və Azərabycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Zəfəri sayəsində torpaqların azad edilməsi digər ölkələrdə yaşayan milyonlarla həmvətənimiz üçün qürur mənbəyidir.

O əlavə edib ki, Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi də böyük sevinc və bayramdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti