...

Dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi qürurla azad Şuşamızda toplaşır

Siyasət Materials 25 Aprel 2022 17:37 (UTC +04:00)
Dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi qürurla azad Şuşamızda toplaşır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu gün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi qürurla azad Şuşamızda toplaşır. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhəri 30 il müddət ərzində erməni işğalı altında qalıb. “Əlbəttə Şuşa şəhərinin və digər ərazilərimizin erməni işğalında olması xalqımız üçün çətin dövr olub, xalqımız hər zaman o ərazilərə geri dönəcəyinə inamla yaşayıb. Artıq bu gün vəziyyət tamam başqadır, ümid və inamla yaşayan xalqımız artıq qalıb xalq kimi o əraziləri ziyarət etməyin sevincini yaşayır.

44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 illik işğala son qoymaqla ərazi bütövlüyümüzü bərpa etdi, insanlarımızın 30 illik həsrəti, intizarı sona çatdı. Bu gün azad Şuşamız qürurla beynəlxalq tədbirlərə ev sahibliyi edir, mədəniyyət paytaxtımız Şuşa şəhərində bu tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb”, - deyə A.Həsənova əlavə edib.

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi eyni zamanda bütün dünyada yaşayan soydaşlarımızda böyük inam və ruh yüksəkliyi yaradıb. “Dünyanın dörd dərəfindən soydaşlarımız böyük həvəslə mədəniyyət paytaxtımıza üz tutublar.

Onların budəfəki qurultaya qalib xalqın nümayəndələri kimi dogma Şuşamızda qatılması onların gələcək fəaliyyətinə böyük stimul verəcək, diaspora fəaliyyətinin möhkəmləndirilməsinə böyük töhfə olacaq. Hesab edirəm ki, bu qurultay diaspor üzvlərinin fəaliyyətinin səfərbər olmasında çox böyük rolu oynayacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycanda diaspora fəaliyyətinin möhkəm ənənəsi yaranıb. “Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi diaspora fəaliyyətinə də xüsusi öndəm verdi. Heydər Əliyev bütün xarici səfərləri zamanı diaspora nümayəndələri ilə görüşür, onlara diaspora fəaliyyətinin vacibliyi və istiqamətləri barədə tövsiyələrini verirdi.

Digər sahələrdə olduğu kimi, dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğunda da ümummilli lider Heydər Əliyevin böyük rolu oldu. Elə Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsinə də Heydər Əliyevin təşəbbüsü ilə başlanıldı. Bildiyiniz kimi Dünya Azərbaycanlılarının ilk Qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.

Ulu öndərin əsasını qoyduğu bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də IV qurultayların keçirilməsi dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmlənməsinə imkan yaratdı. Bu gün isə V qurultay dogma Şuşaməzda baş tutur. Əlbəttə bu qurultay diaspora fəaliyyətinin güclənməsinə böyük təkan verəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti