...

Cəmiyyətdə mediaya inam təmin olunmalıdır - ATƏT-in media azadlığı üzrə nümayəndəsi

Siyasət Materials 26 Aprel 2022 16:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq, cəmiyyətdə mediaya inam təmin olunmalıdır.

Trend-in məlumatına görə, bunu ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, söz, fikir azadlığı, jurnalistin toxunulmazlığı, təhlükəsizliyi qorunub saxlanmalıdır.

“Azərbaycana səfərimizdə də məqsəd media azadlılığının təmin edilməsi, dezinformasiyaya qarşı mübarizədə kömək etməkdir. Mənim ofisim media azadlığı, onun inkişafına dəstəklə bağlı Azərbaycanı dəstəkləməyə, öz tövsiyələrini verməyə hər zaman hazırdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti