...

Azərbaycan üzərindən Çin mallarının daşınmasını artırmaq üçün böyük potensial var - Kembric Universitetinin tədqiqatçısı

Siyasət Materials 29 Aprel 2022 23:54 (UTC +04:00)
Azərbaycan üzərindən Çin mallarının daşınmasını artırmaq üçün böyük potensial var - Kembric Universitetinin tədqiqatçısı

Bakı. Trend:

Çin mallarının Azərbaycan üzərindən daşınmasını artırmaq üçün böyük potensial var.

Bu barədə Trend-ə aprelin 28-də Şuşa şəhərində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçısı, Kembric Universitetinin Çinin Avrasiya məkanında fəaliyyətinin tədqiqatçısı İnfen Tzi bildirib.

"Çindən Azərbaycan üzərindən çoxlu konteynerlər və yüklər daşınır. Bakı limanında oldum və Çindən gələn konteynerlərin sayını gördüm", - deyə o bildirib.

Onun sözlərinə görə, sərmayələri cəlb etmək üçün rabitə və digər yeni platformalar qurmaqla tranzit həcminin əhəmiyyətli dərəcədə artmasına nail olmaq mümkündür.

İ.Tzi əlavə edib ki, Azərbaycan üzərində daşımalar Çini Avropa ilə birləşdirən ən mühüm marşrutlardan biridir və onun potensialının inkişafına olduqça ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti