...

Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi Kraliça II Yelizavetaya təqdim olunub (FOTO/VİDEO)

Siyasət Materials 16 May 2022 16:06 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi Kraliça II Yelizavetaya təqdim olunub (FOTO/VİDEO)

Bakı. Trend:

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Trend-in məlumatına görə, Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəl¬ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkürlərini ifadə edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti