...

Hədəfimiz Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri yerinə yetirməkdir - Şahin Seyidzadə (FOTO/VİDEO)

Siyasət Materials 18 May 2022 13:27 (UTC +04:00)
Hədəfimiz Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri yerinə yetirməkdir - Şahin Seyidzadə (FOTO/VİDEO)

Bakı. Trend:

İçərişəhərin mühafizəsi, qədim tarixi irsimizin qorunub-saxlanması, abidələrin bərpa və konservasiyası daim Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ciddi nəzarətdə saxlanılır. Həmçinin, Heydər Əliyev Fondu yarandığı ilk gündən İçərişəhərə daim diqqət göstərib. Bütün bunlar ölkə rəhbərliyinin xalqımızın tarixi keçmişinə verdiyi böyük önəmin göstəricisidir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə açıqlamasında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib.

Qoruğun rəhbəri qeyd edib ki, bu gün əsas hədəf Prezident İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu vəzifələri yerinə yetirməkdir: “Prezident İlham Əliyevin tələbi İçərişəhəri ciddi mühafizə etmək, tarixi abidələrimizi qoruyaraq gələcək nəsillərə ötürmək, təmir, bərpa, konservasiya işlərini ən yüksək səivyyədə həyata keçirməkdir. Biz, həmçinin, çalışırıq ki, həm İçərişəhər sakinlərinin, həm də yerli və xarici qonaqların məmnunluğunu təmin edək. İnsanların rahat istirahəti, ziyarətçilərin bizdən razı qalması əsas məqsədimizdir”.

Ş.Seyidzadə əlavə edib ki, içərişəhərlilərin problemlərinin həlli, istək və arzularının yerinə yetirilməsi üçün tezliklə vətəndaşlarla iş sektoru yaradılacaq və mütəmadi qəbullar keçiriləcək.

İdarə rəhbəri, həmçinin, bildirib ki, hazırda "Bakı Xanlarının evi" kompleksindəki muzeydə təmir-bərpa işləri yekunlaşmaq üzrədir və tezliklə bu məkan açılaraq ziyarətçilərin istifadəsinə veriləcək.

Müsahibənin videovariantını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti