Bakı. Trend:
2022-ci ilin 21 iyun tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cəlal Mirzəyev İndoneziya Respublikasının vitse-prezidenti Zati-Aliləri cənab Maruf Amin ilə ikitərəfli görüş keçirib.
Səfirlikdən Trend-ə bildirilib ki, görüş vitse-prezidentin iqamətgahında baş tutub.
Söhbət zamanı, ilk növbədə Vətən müharibəsi zamanı istər
İndoneziya hökumətinin və
parlamentinin, istərsə də Üləma Məclisinin və İndoneziya xalqının
ölkəmizə verdiyi dəstəkdən məmnunluq dilə gətirilərək, bu səbəbdən
qarşı tərəfə təşəkkür edilib. Bundan əlavə, Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi işlər və Covid-19
pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində irəli sürdüyü
beynəlxalq əhəmiyyətli təşəbbüslər barədə geniş məlumat
verilmilib.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında münasibətlərin
müxtəlif sahələrdə dinamik
inkişafından bəhs olunaraq, ikitərəfli əməkdaşlığın gələcək
perspektivləri müzakirə edilib. Eyni zamanda, ölkələrimiz arasında
çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etməsindən, o cümlədən
müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı
dəstək ənənəsinin mövcudluğundan məmnunluq ifadə edilib
Görüş çərçivəsində, iki ölkə arasında ticarət əlaqələrinin
genişləndirilməsi, xüsusilə halal
turizm, energetika, qeyri-neft sektorunda əməkdaşlıq və digər
qarşılıqlı maraq kəsb edən
məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin,
Azərbaycan ilə İndoneziya arasında diplomatik əlaqələrin
qurulmasının 30-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlərin
keçirilməsi məsələsinə toxunulub.