...

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun yazdığı tarix regionda sülhün təmin olunmasında vacib amildir - Bağdad Amreyev

Siyasət Materials 27 Sentyabr 2022 12:34 (UTC +04:00)
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun yazdığı tarix regionda sülhün təmin olunmasında vacib amildir - Bağdad Amreyev

Bakı. Trend:

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun yazdığı tarix regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında vacib amildir.

Trend-in məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin İkinci Qarabağ müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.

"Sentyabrın 27-də Azərbaycanda 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını vermiş şəhidlərin xatirəsinə həsr olunmuş Anım Günü qeyd olunur", - bəyanatda deyilir.

Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun yazdığı tarix Azərbaycanın gələcək inkişafı və çiçəklənməsi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında vacib amildir.

"Türk Dövlətləri Təşkilatı və bütün türk xalqları qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını vermiş şəhidlərin xatirəsini dərin hörmətlə yad edir", - B.Amreyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti