...

ABŞ-da Ermənistanın hərbi təxribatlarını əks etdirən sərgi-aksiya təşkil edilib

Siyasət Materials 11 Oktyabr 2022 16:40 (UTC +04:00)
ABŞ-da Ermənistanın hərbi təxribatlarını əks etdirən sərgi-aksiya təşkil edilib

Bakı. Trend:

ABŞ-ın Minneapolis-Sent Pol (Minneapolis – Saint Paul) şəhərində Ermənistanın hərbi təxribatlarını əks etdirən sərgi-aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Dakota Dairəsi Məhkəməsinin binası önündə baş tutan sərgi-aksiya Minnesota-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib.

Aksiya zamanı Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minalar basdırmağa yeni cəhdlər göstərdiyini, ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini, o cümlədən Edillidə aşkarlanmış kütləvi məzarlıqları, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünü əks etdirən fotomateriallar nümayiş etdirilib.

Aksiya ilə maraqlanan yerli sakinlərə bu barədə məlumatları əks etdirən bukletlər paylanılıb.

Qeyd edək ki, Minneapolis-Sent Pol şəhəri Minnesota ştatının iqtisadi, mədəni və siyasi mərkəzi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti