...

Vətən müharibəsi dövründə Azərbaycan feyk-xəbərlərə deyil, açıq məlumatlara güvəndi - Cavid Musayev

Siyasət Materials 17 Oktyabr 2022 18:52 (UTC +04:00)
Vətən müharibəsi dövründə Azərbaycan feyk-xəbərlərə deyil, açıq məlumatlara güvəndi - Cavid Musayev

Gəncə. Trend:

Vətən müharibəsi dövründə Ermənistan çalışırdı ki, dezinformasiyalarla obyektiv gerçəklikləri saxtalaşdırsın. Amma biz Azərbaycanın qapılarını xarici media orqanlarına, qeyri-hökumət təşkilatlarına açdıq. Elə Gəncəyə raket hücumları olan günün səhəri Prezidentin köməkçiləri və Baş prokurorun iştirakı ilə ölkəmizdə olan səfirlər hadisə yerinə gətirildi. Xarici İşlər Nazirliyinin xətti ilə yüzlərlə xarici media nümayəndəsi və bloqerlər Gəncəyə gətirildilər. Qeyri-hökumət təşkilatları bu hadisəni protokollaşdırdılar.

Trend-in məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Gəncəyə raket hücumlarının ikinci ildönümü ilə bağlı Gəncədə keçirilən “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyev tərəfindən 30-a yaxın xarici media orqanına şəxsən müsahibələr verildi. Həmin günlər ərzində Prezidentin tvitter hesabında 140-a yaxın paylaşım edildi. Bunlardan 44-ü operativ və qaynar məlumatları özündə əks etdirirdi.

"Müharibədən qısa müddət sonra Prezident İlham Əliyev 50-yə yaxın xarici media nümayənələrinin iştirakı ilə 4 saata yaxın davam edən canlı brifinq elədi. Bu, o deməkdir ki, Azərbaycan tərəfi feyk-xəbərlərə deyil, açıq məlumatlara güvəndi. Özünün haqlı olduğuna əsaslaraq heç nəyi heç kimdən gizlətmək siyasətini yürütmədi, - deyə C.Musayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti