...

Bağdad Amreyev 18 Oktyabr münasibətilə Azərbaycanı təbrik edib

Siyasət Materials 18 Oktyabr 2022 11:04 (UTC +04:00)
Bağdad Amreyev 18 Oktyabr münasibətilə Azərbaycanı təbrik edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

Trend-in məlumatına görə, bu barədə bu gün qurumun saytında dərc edilən məktubda deyilir:

“Qurucu üzv dövlətimiz olan Azərbaycanın Müstəqilliyinin bərpasının 31-ci ildönümünü qeyd etdiyi bu gündə qardaş Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycanın bu 31 ildə siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi möhtəşəm tərəqqi və nailiyyətləri, regionumuzda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rolu, türk xalqları arasında birlik və həmrəyliyin təşviqində göstərdiyi səylər həm Türk Dünyası, həm də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Möhtərəm Prezident İlham Əliyevə, Azərbaycanın bütün nazirliklərinə, dövlət və özəl qurumlara Türk Dövlətləri Təşkilatının yeni inkişaf dövrünə doğru möhkəm addımlarla irəliləməsinə imkan verən fasiləsiz dəstək və yardıma görə minnətdarlığımızı bildirirəm.

Bu münasibətlə bir daha səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına ölkənin hər yerində dalğalanan şanlı bayraq altında firavan və işıqlı gələcək arzulayıram”, - B.Amreyev təbrikdə bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti