...

Trend BİA Tehranda keçirilən OANA-nın 18-ci Baş Assambleyasında iştirak edir (FOTO)

Siyasət Materials 24 Oktyabr 2022 08:00 (UTC +04:00)
Trend BİA Tehranda keçirilən OANA-nın 18-ci Baş Assambleyasında iştirak edir (FOTO)

Bakı. Trend:

Bu gün Tehranda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 18-ci Baş Assambleyası işə başlayır.

Trend BİA-nın baş redaktoru Emin Əliyev bu il mövzusu jurnalistika üçün yeni çağırışlar və etimad məsələləri olan Baş Assambleyanın işində iştirak edir.

Sammit iştirakçıları qlobal media bazarında yeni çağırışlar, pandemiyanın informasiya resursları və media biznesinə təsiri ilə bağlı bir sıra panel müzakirələri keçirəcəklər.

Baş Assambleya çərçivəsində Trend BİA bir sıra ikitərəfli görüşlər və danışıqlar aparacaq.

4 gün davam edəcək sammitdə 20-dən çox ölkədən böyük informasiya agentliklərinin nümayəndələri, eləcə də bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

OANA 1961-ci ildə YUNESKO-nun təşəbbüsü ilə yaradılıb. Hazırda təşkilata Asiya və Sakit Okean regionunun 33 ölkəsindən 44 agentlik daxildir.

İştirakçıların tam siyahısı ilə aşağıda tanış olmaq olar:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti