...

Siyasi partiyalar haqqında qanun layihəsi ilə bağlı 250 təklif daxil olub - Zahid Oruc

Siyasət Materials 4 Noyabr 2022 12:12 (UTC +04:00)
Siyasi partiyalar haqqında qanun layihəsi ilə bağlı 250 təklif daxil olub - Zahid Oruc
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İndiyə qədər Siyasi partiyalar haqqında qanun layihəsi ilə bağlı 250 təklif olub.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc siyasi partiyalar haqqında qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.

Komitə sədri partiyalar tərəfindən irəli sürülən təkliflər barədə də danışıb.
Bildirib ki, qanunla bir nəfər bir partiyanın üzvü olub.

"2010-cu ildə Venesiya Komissiyasının bu istiqamətdə 132 təklifindən 112-si nəzərə alınıb.

Seçkilərdə iştirak etməyən partiyaların statusunu itirməsi polemikalara daxil olmayan qüvvələr tərəfindən süngü ilə qarşılanır. 6 partiya tərəfindən daxil olan təklifdə 2 və ya 3 seçkidə iştirak etməyən partiyaların öz funksiyasını itirməsi əsas kimi götürüldü",- Z.Oruc deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti