...

Türkiyə nümayəndə heyətinin Qarabağa səfəri başlayıb (FOTO)

Siyasət Materials 7 Noyabr 2022 16:14 (UTC +04:00)
Türkiyə nümayəndə heyətinin Qarabağa səfəri başlayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və​ Türkiyənin Çorum bələdiyyəsinin nümayəndə heyətinin Qarabağa səfəri başlayıb.

Trend-in məlumatına görə, qonaqlar öncə Füzuli rayonuna gəliblər.

Qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov​ qarşılayıb.

Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara,​ yerlə-yeksan edilən yurd yerlərinə baxış keçərəcək. Həmçinin işğal zamanı ermənilər tərəfindən müdafiə zolağı kimi istifadə edilən minalanan ərazilərlə tanış olacaqlar. Bundan başqa azad olunan ərazilərdə tikinti-quruculuq işləri ilə tanışlıq nəzərdə tutulub.

Səfər çərçivəsində Çorum şəhəri və Füzuli şəhəri arasında Qardaşlaşma sənədi imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti