...

Türk Dövlətləri Təşkilatının Baş katibi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 7 Noyabr 2022 22:48 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatının Baş katibi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi B.Amreyevin TDT-nin saytında yerləşdirilən bəyanatında deyilir.

"Şuşa şəhərinin işğaldan azad edildiyi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu 44 günlük Vətən müharibəsində zəfərin ildönümü ilə bağlı qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına, Azərbaycan Silahlı Qüvvələrinə və hökumətinə ən səmimi təbriklərimi və ən xoş diləklərimi çatdırmaqdan qürur hissi duyuram.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qələmə aldığı şanlı tarix Azərbaycanın inkişafı və çiçəklənməsi üçün möhkəm bünövrə, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amildir.

Türk Dünyası hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib.

44 günlük Vətən müharibəsindəki bu zəfər Azərbaycan və türk xalqları üçün haqlı qürur mənbəyi olub, üzv dövlətlərimizin və qardaş türk xalqlarının həmrəyliyinə yeni təkan verib.

Bu tarixi zəfərin ildönümündə bütün həmkarlarımla birlikdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi sayğı və ehtiramla yad edir, qardaş Azərbaycan xalqına ürəkdən təbriklərimizi çatdırırıq", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti