...

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bütün fəaliyyətləri dəstəkləyirik - Hulusi Akar

Siyasət Materials 7 Noyabr 2022 23:16 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bütün fəaliyyətləri dəstəkləyirik - Hulusi Akar

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bütün fəaliyyətləri dəstəkləyirik. Lakin bu prosesi durdurmağa çalışan bəzi təşəbbüslər var, hamı bilməlidir ki, biz onların əleyhinəyik.

Trend xəbər verir ki, bunu bazar ertəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Nazir Azərbaycanın Türkiyə üçün, Türkiyənin isə Azərbaycan üçün çox önəmli olduğunu vurğulayıb. "Azərbaycanın qəlbimizdə çox xüsusi yeri var. Fəaliyyətimizi dostluqdan daha önəmli qardaşlıq bağları ilə həyata keçiririk", - deyə H.Akar bildirib.

H.Akar qeyd edib ki, Türkiyənin Ağdamda Rusiya ilə müştərək mərkəzi fəaliyyət göstərir. "Biz işimizi gecə-gündüz Azərbaycanlı qardaşlarımıznan tam koordinasiyalı şəkildə davam etdiririk. Şuşa Bəyannaməsi isə bizim münasibətlərimizdə ən vacib addımlardan biri oldu, ortaq addım və niyyətlərimiz burada yer aldı. Bu bəyannamə çərçivəsində biz bölgədə davamlı sülh və əmin-amanlığın bərqərar olması üçün bütün mümkün addımları atacağımızı da bəyan etmişik. Azərbaycan və Türkiyənin uzaddığı sülh əlini Ermənistan başa düşməlidir, sonra isə lazımi addım atmalıdır. Hər kəs, xüsusən də Ermənistan görməlidir ki, bu region üçün vacibdir və Qafqaz bu yolla sülh və sabitlik bölgəsinə çevrilə bilər", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti