...

Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Şuşadan sonra Füzulidə olublar (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Noyabr 2022 15:50 (UTC +04:00)
Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Şuşadan sonra Füzulidə olublar (FOTO) (ƏLAVƏ OLUNUB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycana səfərləri çərçivəsində Fransada yaşayan təbrizli hüquq müdafiəçiləri işğaldan azad edilmiş Şuşa şəhərindən sonra Füzuli şəhərində olublar.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçıları şəhərin ermənilər tərəfindən dağıntılara məruz qaldığının şahidi olublar.

Onlara Füzuli şəhərində aparılan bərpa, tikinti və quruculuq işləri haqqında məlumatlar verilib.

XXX
09:44

Təbrizdə doğulan və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri Şuşa şəhərinə səfər ediblər.

Trend-in Qabrağ bürosunun məlumatına görə, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarətləri ilə gəzintiyə start verilib.

Qonaqlar ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları və bərpa quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti