...

Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadə - Rusiya sülhməramlı kontingentinin marağı nədir? - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Siyasət Materials 7 Dekabr 2022 21:49 (UTC +04:00)
Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadə - Rusiya sülhməramlı kontingentinin marağı nədir?  - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Bakı. Trend:

2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadə - Rusiya sülhməramlı kontingentinin marağı nədir?” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevin verdiyi mesajlar mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Rasim Musabəyov - Milli Məclisin deputatı, Sahil İsgəndərov – politoloq, Çingiz Qənizadə - Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri və Tural İsmayılov -STM-in sektor müdiri, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti