...

Ermənistanla danışıqların növbəti mərhələsi yaxın həftələrdə baş tutacaq - Ceyhun Bayramov

Siyasət Materials 12 Dekabr 2022 16:57 (UTC +04:00)
Ermənistanla danışıqların növbəti mərhələsi yaxın həftələrdə baş tutacaq - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin iclasında bildirib.

Nazir qeyd edib ki, noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi.

"Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir.

Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq", - deyə C.Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti