...

Məğlub tərəfin mövqeyi - Ermənistan XİN-in bəyanatı təəccüb doğurur

Siyasət Materials 3 Yanvar 2023 22:07 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada azərbaycanlıların faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı davam edən dinc etirazı fonunda Ermənistan Xarici İşlər Nazirliyi təəccüb doğuran növbəti bəyanatla çıxış edib.

Belə ki, XİN Ermənistanın əsas qeyri-konstruktiv xəttinə sadiq qalaraq, bəyanatında Azərbaycanın guya üçüncü həftədir ki, Laçın yolunu bağladığını və bununla da “humanitar fəlakət” yaratdığını iddia edir.

Ermənistan Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur, çünki faktiki olaraq Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Hər gün bu yoldan təminat-təchizat, minik avtomobillərinin, təcili tibbi yardım maşınlarının maneəsiz keçməsini əks etdirən foto və video materiallar dərc olunur.

Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı Yerevanın Fransanın yardımı ilə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi qəbul etmək üçün son uğursuz cəhdi kimi Ermənistanın bu cür bəyanatları və hərəkətləri də iflasa məhkumdur. Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olmaqla, bu bəyanatı 10 gün ərzində həyata keçirə bilmədi, bu da sözün əsl mənasında, Paris üçün böyük biabırçılıq və fransa-erməni tandeminin məğlubiyyətidir.

Ermənistan XİN-in işarə etdiyi üçtərəfli bəyanatda Laçın yolundan yalnız humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Təbii ki, Ruben Vardanyanın himayəsi altında Qarabağda qanunsuz biznes quran və Azərbaycanın təbii sərvətlərini talayan separatçılar Laçın yolu ilə çıxarılan qızılı Ermənistana daşıya bilmədiklərindən narahatdırlar. Bu səbəbdən də onlar vəziyyəti “humanitar fəlakət” kimi təqdim etmək və Azərbaycana beynəlxalq təzyiqlərə nail olmaq istəyirlər.

Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin belə bəyanatı münaqişədən sonrakı normallaşma məqsədlərinə xidmət etmir və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti